Dünya 16:22 11.11.2018

Misirdə mumiyalanmış böcək tapıldı

Misirin Qiza ərazisində qeyri-adi mumiyalar tapılıb.

Qaynarinfo xəbər verir ki, arxeoloji tədqiqat aparılan ərazidə "Heliopolitan" inancında səhər günəşi Tanrısı Xeprini simvolizə edən peyin böcəyinin (Scarabaeus sacer) mumiyası tapılıb. 10 apreldə başlayan tədqiqatda bir sandıq içində 200 "Scarabaeus sacer", digər qutuda 2 ədəd "Scarabaeus sacer" mumiyası, mumiyalanmış pişiklər, kobra ilanı, papirus kağızları və 7 firon məzarı tapılıb. 

Arxeoloji araşdırmanın nəticəsi ilə əlaqədar Misir Tarixi Əsərlər naziri Xalid Əl Anani mətbuat konfransı təşkil edərək ictimaiyyətə tapıntılar barədə məlumat verib.

Gülşən