Dünya 12:23 23.07.2013

Misirdə toqquşma: ölən və yaralananlar var

Ötən gecə Misirdə prezident Məhəmməd Mursi tərəfdarları və qarşı tərəf arasında baş verən toqquşmalar nəticəsində  ən azı dörd nəfər  ölüb, 30 nəfər yaralanıb.

APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən yaydığı məlumata görə, qarşıdurmalar Mursinin bir neçə yüz tərəfdarının Qahirədə ABŞ səfirliyi istiqamətində yürüşü zaman baş verib. Nümayişçilər ABŞ-ın Misirin daxili işlərinə qarışmasına etirazlarını bildirmək üçün ABŞ səfirliyi istiqamətinə hərəkət edərkən Təhrir meydanında Mursi əleyhdarları ilə qarşılaşıblar. Tərəflər bir-birlərinə daş atmağa başlayıblar.  Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan  istifadə edib.

Qaynar.info