Ötən gecə Misirdə prezident Məhəmməd Mursi tərəfdarları və qarşı tərəf arasında baş verən toqquşmalar nəticəsində ən azı dörd nəfər ölüb, 30 nəfər yaralanıb.
APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən yaydığı məlumata görə, qarşıdurmalar Mursinin bir neçə yüz tərəfdarının Qahirədə ABŞ səfirliyi istiqamətində yürüşü zaman baş verib. Nümayişçilər ABŞ-ın Misirin daxili işlərinə qarışmasına etirazlarını bildirmək üçün ABŞ səfirliyi istiqamətinə hərəkət edərkən Təhrir meydanında Mursi əleyhdarları ilə qarşılaşıblar. Tərəflər bir-birlərinə daş atmağa başlayıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qaynar.info
Şərhlər