Dünya 18:00 05.12.2019

"Miss Pakistan World" yarışmasının qalibi ABŞ-da həlak oldu

"Miss Pakistan World" yarışmasının qalibi Zanib Navid ABŞ-ın Merilend əyalətindəki Merilend şəhərində dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, 32 yaşlı qız idarə etdiyi avtomobilin idarəsini itirərək yol kənarına çırpılıb. Bundan sonra onun avtomobili çevrilib. 
Navid polis və təcili yardım hadisə yerinə çatmadan ölüb.

Zabib Navid avtomobildə tək olub. Polisin verdiyi məlumata görə, içkili olmayıb. O, Nyu Yorkun Pomona şəhərinə 9 saatlıq yolla evinə qayıdırmış.
Qəzada başqa zərərçəkənlər olmayıb.