Video 10:39 13.02.2018

Mixail Saakaşvilini saçından sürüdülər (VİDEO)

Sabiq Gürcüstan prezidenti və ukraynalı siyasətçi Mixail Saakaşvili dünən Ukraynadan deportasiya edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Suluquni restoranında əməliyyatçılar proses zamanı Saakaşviliyə kobudluqları ilə diqqət çəkiblər. Sabiq prezident daha sonra bu barədə danışmış, güc tətbiq edildiyini bildirərək əməliyyat iştirakçılarını faşist adlandırmışdı.

Restoranın kameralarında Mixail Saakaşvili əvvəlcə yerə yatırılır, daha sonra isə onun saçından tutub restorandan kənara çıxarırlar.

Qeyd edək ki, Saakaşvili 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilib. O, ölkədə müxalif mövqeyi və hakimiyyət əleyhinə fəaliyyətinə görə Ukraynadan qovulub.
 
Gülşən