Ekonomiks 17:26 24.10.2014

Mobil telefon istifadəçiləri bu xəbəri mütləq oxusun

Telefondan istifadə edərkən ehtiyatlı olun.

Mobil telefonların partlama səbəblərini Ölkə.Az olaraq sizə təqdim edirik:

1. Batareyalara yaxın nöqtələrdə toz, maye, çirklənmə kimi faktorların meydana gəlməsi partlama riskini artıra bilər.

2. Həddindən artıq isti və həddindən artıq soyuq mühit də partlama səbəbləri sırasındadır. Buna görə də cib telefonlarınızı həddindən artıq isti və soyuq yerlərdən uzaq tutmağa çalışın.

3. Axşamdan səhərə qədər qurğunu enerji doldurulmasına qoymaq doğru deyil. Hər telefonda batareyanın enerji norması olduğu üçün həddindən artıq enerji ilə yükləmək sonda fəsadlara gətirib çıxara bilər. İstər yeni, istər köhnə telefon olsun, istiləşmə hiss olunduqda, batareyanı dəyişmək mütləqdir. Hər an partlayış ola bilər.

4. Çalışın daha çox orijinal məhsulları əldə edin. Saxta telefonlarda müxtəlif səbəblər üzündən partlamanın baş verməsi ehtimalı daha yüksəkdir. Hətta yenicə gətirilmiş telefonlarda belə partlama ola bilər. Bu daha çox qurğunun istehsal prosesindən keyfiyyətsiz çıxması ilə əlaqəlidir.

5. Nəm əllərlə telefona toxunmaq qətiyyən olmaz. istənilən halda telefona yaş və ya tərləmiş əllərlə toxunmaq faciəyə səbəb ola bilər.

Qaynar.info