Ekonomiks 12:45 29.04.2013

Mobil telefonların qeydiyyatı aparılacaq

“May ayının birindən etibarən ölkəmizdə istifadə edilən mobil telefonların qeydiyyatı aparılacaq”. 

Modern.az xəbər verir ki, bu sözləri Rabitə və İnformasiya Kommunikasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bu gün keçirilən tədbirdə deyib. Nazir müvaini bildirib ki, ölkəmizə gətiriləcək telefon rəsmi şirkətin deyilsə, onun istismarı qadağan olunacaq. Yalnız qeydiyyatdan keçəcək telefonları istifadəsinə icazə veriləcək.

O eyni zamanda bu il insanların yeni xidmətlərdən istifadə edəcəyini vurğulayıb. “Bu il Azərbaycanın ilk dəfə olaraq öz peykini orbitə göndərdi. Bu o deməkdir ki, insanlar bu il yeni xidmətlərdən istifadə edəcəklər. İnternet və mobil rabitə xidmətində yeniliklər olur və bu davam edəcək”.

Həmçinin, İ.Məmmədov yaxın vaxtlarda tətbiq olunacaq nömrələrin daşınmasından danışıb. 

“Bu yaxınlarda ölkəmizdə mobil rabitədə yenilik olacaq ki, bu da nömrələrin daşınmasının tətbiq olunmasıdır. Bununla bağlı işlər artıq yekunlaşıb. Kiçik bir texniki işlər qalıb ki, onlarda tezliklə həll olunacaq”-deyə nazir müavini vurğulayıb.

Qaynar.info