Maqazin 15:23 12.12.2017

Model sevgilisi Ronaldo ilə ailə münasibətlərindən danışdı

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun model sevgilisi Ceorcina Rodriges yeni doğulan körpələri Alana Martina Ronaldo ilə birgə "Hello" dərgisi üçün kamera qarşısına keçib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, dərgiyə verdiyi müsahibəsində Ronaldo ilə ailə münasibətlərindən də danışıb.

"Körpəmiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. Mən və Ronaldo həmişəkindən daha xoşbəxtik. Həqiqətən çox xoşbəxt qadınam", - deyə Rodriges bildirib.

Qeyd edək ki, o, ana olduqdan sonra sosial şəbəkə hesabında "Alana Martina 12.11.2017-də dünyaya gəldi. Sağlam doğulduğu üçün şükürlər olsun. Bu duyğunu heç bir şeyə dəyişmərəm", yazmışdı.