İdman 17:25 12.03.2013

Modriç “Real”dan gedir

"Real Madrid" klubunun futbolçusu Luka Modriç “Mançester Yunayted”ə transfer oluna bilər. 

Qol.Az-ın verdiyi məlumata görə, Modriç hazırkı klubunda özünü xoşbəxt hesab etmədiyi üçün İngiltərəyə getmək istədiyi bildirilir.

Qeyd edək ki, 27 yaşlı futbolçu keçən mövsüm “Tottenhem”dən “Real”a transfer edilib.

Qaynar.info