Moldova prezidenti İqor Dodon müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Qərar Demokrat Partiyasının parlament qrupu tərəfindən göndərilən sorğudan sonra qəbul edilib. Bundan sonra parlament sədrinin ölkə başçısını əvəz edərək səhiyyə, sosial müdafiə və ailə işləri, kənd təsərrüfatı, bölgələrin inkişafı və ətraf mühitin mühafizəsi nazirlərini təyin etmək hüququ var.

İqor Dodon həmin vəzifələrə baş nazirin təqdim etdiyi namizədləri rədd etmişdi. Ölkə qanunlarına görə, prezident baş nazirin təqdim etdiyi namizədləri yalnız bir dəfə rədd etmək hüququna malikdir.