İdman 14:33 27.01.2018

Moldovalı bombardir rəsmən Azərbaycan klubunda

Azərbaycan I divizion komandası "Sabah” Moldova millisinin hücumçusu Artyom Zabunu heyətinə qatıb. 

Qaynarinfo klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

Son klubu Belarus "Krumkaçı”sı olan Zabun "Sabah”la 1,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Şerif”in yetirməsi olan Artyom Zabun 2016/17 mövsümündə "Viktoriya”nın heyətində A divizionunun bombardiri olub - 12 oyunda 21 qol. O, karyerası ərzində "Krumkaçı” və "Viktoriya” ilə yanaşı, Moldovanın "Şerif", "Saxan" və "Sfantul George" klublarında oynayıb.

Moldova aşağı yaş qrupları üzrə yığmalarında oynamış hücumçu ötən il A millinin heyətindəbir oyun keçirib. 2017-ci ilin 17 yanvarında baş tutan Qətərlə oyunda meydana çıxıb.