Ölkə 12:20 13.10.2018

Mollalar üçün zavoddan daha 22 ədəd avtomobil alındı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Azərmaş” MMC-dən 22 ədəd "Khazar SD” markalı minik avtomobili alıb.

Qaynarinfo xəbər verir ki, Fond buna görə zavoda 359 986 manat ödəniş edib.

Xatırladaq ki, qurum oktyabrın 11-də ölkədəki 14 dini icmaya bu avtomobillərdən təqdim edib.