Dünya 20:42 20.09.2018

Momo sizi ölümə aparır! İntihar oyununun sirri açıldı

Dünyada onlarla insanı intihara təşfiq edən ölüm oyunu kimi tanınan Momo ilə bağlı bəzi gerçəklər ortaya çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, oyunun mərkəzində qəribə, iri gözlü, görünüşü ilə narahatlıq yaradan qadın təsviri var.

Şəkildə gördüyünüz nömrələri Whatsapp-a yüklədiyiniz zaman telefonun digər tərəfindəki şəxs sizə bir neçə tapşırıq verir. Bu tapşırıqların çoxu özünə zərər verməyə və sonda intihara qədər getməyə səbəb olur.

İnternetdə bir anda qarşınıza çıxan mobil nömrələr onları Whatsapp-nıza əlavə etməyi istəyir. Momo təsviri Yaponiyanın özəl effekt şirkəti olan "Link" tərəfindən hazırlanan heykəlin fotosudur.

İlk dəfə 2016-cı ildə Tokioda muzeylərin birində sərgilən heykəlin əsl adı "Ana quş"dur. Memo ilk dəfə 2016-cı ildə bir yapon instagram hesabında paylaşılıb.

İki il sonra Facebook-dakı bir qrupda oyunun başlaması ilə bağlı post paylaşılıb. Ardınca isə Reddit-in Facebook hesabında bir istifadəçi paylaşılan postta insanları oyuna dəvət edib.

Zaman keçdikcə oyun daha geniş kütlələrə yayılıb. İspaniyada yayılan oyunda ABŞ mobil nömrələri də görülməyə başlayıb. Oyundan sonra intiharların sayı artıb və rəsmi dairələr bununla bağlı xəbərdarlıq yayıblar.