"Moody's" beynəlxalq reytinq agentliyi 2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmini açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, analoji dövrdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək.
"Report” xəbər verir ki, bunu "Moody's Investors Service" bank qrupunun direktoru Yaroslav Sovqira bildirib.
Şirkətin qiymətləndirməsinə görə, analoji göstərici Rusiyada 10 min dolları ötəcək, Qazaxıstanda 8 min, Belarusda 6 min dollar təşkil edəcək. Ermənistanda bu göstərici təqribən 4 min dollara yaxınlaşacaq. Ukraynada ÜDM-in həcmi MDB ölkələri arasında ən aşağı düşəcək - adambaşı 2 min dollar.
Qaynarinfo.Az
Şərhlər