Siyasət 17:07 01.05.2013

Morninqstar Vaşinqtona çağrıldı - TƏCİLİ

ABŞ səfiri Riçard Morninqstar Vaşinqtona çağırılıb. 

Gunxeber.com-un bu barədə dipolmatik kanallardan əldə etdiyi məlumata görə, Morninqstarın ABŞ-a yollanması yaxın vaxtlarda reallaşacaq. Məlumatda bildirilir ki, Dövlət Departamentində səfirlə ABŞ-Azərbaycan münasibətləri, Bakının Amerika ilə bağlı siyasəti, burdakı Qərb təsisatlarına qarşı münasibət, qarşıdakı prezident seçkiləri, insan haqları və demokratiyanın durumu, indiki şəraitdə Vaşinqtonun ata biləcəyi ən mümkün və real addımlarla bağlı müzakirələr aparacaq.

Diplomatik mənbələr bildirir ki, Vaşinqton Azərbaycan hakimiyyətinin davranışlarından və Rusiyanın burada fəallaşmasından, prezident seçkiləri öncəsi təşəbbüsü ələ almaq cəhdlərindən narahatdı. Buna görə də, ABŞ Azərbaycanda öz mövqelərini qoruyub saxlamaq və möhkəmləndirmək, eləcə də prezident seçkilərinin məhz onların istədiyi kimi keçməsi üçün yeni planlarını işə salacaq. Buna görə də Vaşinqtonda ABŞ-ın Azərbaycan siyasəti ilə bağlı Morninqstara yeni təlimatlar verəcək.

Morninqstarın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İran səfərində Tehrandan Qərbin ünvanına ittihamlar səsləndirməsindən sonra Vaşinqtona çağrılması xüsusi diqqət çəkir. Səfirin Dövlət Departementindəki görüşlərində ABŞ üçün həssas olan bu cür məsələlərin də müzakirə olunacağı bildirilir.

Siyasi analitiklər belə bir məqamda Morninqstarın Vaşinqtona çağırılmasını ciddi siyasi hadisə hesab edirlər. Onların düşüncələrinə görə, Morninqstar Vaşinqtondan ciddi planlarla dönəcək. ABŞ Azərbaycan üçün çox həssas olan bu dönəmlə bağlı öz mövqeyini konkretləşdirəcək.

Qaynar.info