Siyasət 10:13 02.05.2013

Morninqstarın Vaşinqtona çağırılması xəbəri yalan çıxdı


“Səfir adi rejimdə işləyir, Vaşinqtona çağırılmayıb və o, özü də oraya getməyə hazırlaşmır”


Bir sıra mənbələrin səfir Riçard Morninqstarın Vaşinqtona çağırılması haqqında məlumatları əsassızdır. “Səfir adi rejimdə işləyir, Vaşinqtona çağırılmayıb və o, özü də oraya getməyə hazırlaşmır”, deyə səfirlikdən “Amerikanın səsi” radiosunun sualına cavabda bildiriblər.

Qeyd edək ki, Azərbaycanda bir sıra saytlar guya Rusiyanın prezident seçkiləri ərəfəsində fəallaşması fonunda təlimat verilməsi məqsədilə səfirin Vaşinqtona çağırılması haqqında məlumat yayıblar.

Qaynar.info