Sənət 16:20 21.05.2014

Moskva məktəblərində “Azərbaycan günləri” keçirilir - FOTO

Yeni Nəfəs Hərəkatı Moskva Nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi fondu Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti, mətbəxi və adət-ənənəsi ilə bağlı tədbir keçirib.
Qaynar.info
-nun məlumatına görə, tədbirdə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi fondunun rəhbəri Şamil Tağıyev çıxış edərək “Azərbaycan günləri” adı altında keçirilən tədbirin hər ay Moskvanın bir məktəbində təşkil olunağını bildirib. Moskvanın Peçatniki rayonunda yerləşən 918 sayli orta məktəbdə təşkil olunan marifləndirici tədbiri təhsil işçiləri böyük maraqla qarşılayıblar və Azərbaycana öz sevgilərini bildiriblər.
Tədbirdə məktəbin şagird və müəllim heyəti Azərbaycan haqqında video-çarx izləyiblər, milli rəqslərimizi oynayıblar. Bundan başqa, onlar Azərbaycan mətbəxinin təamlarından dadıblar. Sonda Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tərəfindən şagirdlərə məktəb ləvazimatları, Azərbaycandan bəhs edən ədəbiyyat və bayraqlar paylanılıb. 
Qaynar.info