Dünya 17:52 05.02.2019

Moskvada 160 binada terror həyacanı: 40 min nəfər təxliyə edildi

Rusiyanın paytaxtı Moskvadakı bəzi ticarət mərkəzləri, məktəblər, universitetlər, xəstəxana binaları və digər ictimai obyektlərdə bomba həyacanı verilib.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, 40 mindən artıq insan təxliyyə edilib. Medianın məlumatına görə, hüquq-mühafizə orqanlarına 160-dan artıq binada terror aktları törədilə biləcəyi barədə xəbərdarlıq edilib.

Elektron poçt vasitəsi ilə edilən xəbərdarlıqdan sonra 40 min insan təxliyyə olunub, polis ictimai binalarda axtarış aparır

Məlumata görə, elektron məktub xarici ölkələrin IP adreslərindən gəlib.