Moskvada azərbaycanlı biznesmenin kafesi yandı (FOTO/VİDEO)
Rusiya Fedeasiyasının paytaxtı Moskvanın Tekistilşiki rayonunda, Qrayvaronovskiy küçəsi, ev 12 ünvanında yerləşən "Starıy Baku" kafesi yanıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, yaşayış binasına bitşik olan kafenin damında baş verən yanğına səbəb elektirik cərəyanında baş vermiş qısaqapanma olub.
Yağın zamanı kafenin əməkdaşları və müştərilər evakuasiya edilib. Hadisə yerinə gələn hüquq mühavizə və yanğın söndürmə organlarının əməkdaşlarının və yerli azərbaycanlıların səyi nəticəsində yağın söndürülüb.
Kafenin damından başqa, yaşayış binasına və yaxınlıqda yerləşən ticarət obyektlərinə zərər dəyməyib.
Kafenin sahibi, əslən Azərbaycanın Tərtər rayonundan olan Nicat İsmayılov hadisəyə elektirik cərəyanında olan gərginliyin artmasının səbəb olduğunu qeyd edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər