Ölkə 15:27 28.01.2020

Moskvada azərbaycanlı iş adamı qətlə yetirildi

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı qətlə yetirilib.
 
Qaynarinfo Rusiya mediasına istinadən məlumat verir ki, hadisə şəhərin Qaribaldi küçəsində baş verib.

Şəhərin müşahidə kameralarına düşən görüntüdə üzü bağlı şəxsin iş adamı Mahir Əsgərova hücum edərək çox sayda bıçaq zərbələri vuraraq, oranı tərk etdiyi qeydə alınıb. 
 
18 bıçaq zərbəsi alan iş adamını döş qəfəsindən aldığı 4 bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.
 
Qeyd edək ki, məlumatda  Azərbaycanlı iş adamının meyvə, tərəvəz və geyim biznesi ilə məşğul olduğu, Nijni Novqodor şəhərində yaşadığı, Moskvaya isə qızı və nəvəsini görmək üçün tez-tez gəldiyi deyilib.