Ekonomiks 21:30 13.12.2018

Moskvada minimal pensiya nə qədərdir?

Rusiya paytaxtı Moskvada sosial standart həcmi 2019-cu ildə dəyişməz qalacaq. Pensiyaya aylıq regional əlavənin müəyyən olunması üçün hər il şəhər sosial standartı təyin edilir. Moskvada standart sonuncu dəfə 2018-ci il yanvarın 1-dən 21% artırılaraq 17 min 500 rubla (448 manat) çatdırılıb.

Paytaxt meriyasının 13 dekabr 2018-ci il qərarına əsasən, Moskvada 10 ildən artıq yaşayan və işləməyən təqaüdçülər 2019-cu ildən yenə ayda 17 min 500 rubldan (şəhər əlavəsi nəzərə alınmaqla) az pensiya almayacaqlar.

2018-ci ildə pensiyaya aylıq şəhər əlavəsini 1,4 milyon insan alıb.

Azərbaycanda əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunub. Bu məbləğ ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. (novator.az)