Ölkə 09:00 19.06.2018

Moskvada taksinin altında qalıb yaralanan 2 soydaşımızdan xəbər var

İyunun 16-da Moskvada taksinin piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində xəsarət alan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə bildiriblər ki, hadisə haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişinə əsasən Azərbaycan vətəndaşlarının yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Tibb müəssisəsindən verilən məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxşdir, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.