Dünya 20:44 13.12.2019

Moskvada terror planlaşdıran 5 İŞİD-çi belə həbs edildi (VİDEO)

Moskvada terror planlaşdırmaqda ittiham olunan 5 İŞİD üzvü saxlanılıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Moskvadakı Federal Təhlükəsizlik Xidməti (FSB) Daxili İşlər Nazirliyi ilə birgə beynəlxalq terror təşkilatı olan İŞİD üzvlərinin fəalyyətinin qarşısını alıb. Saxlanılanlar arasında təxribat və terror aktı törətmək niyyətində olan 2 Rusiya vətəndaşı və Mərkəzi Asiyadan olan 3 digər şəxs var.

Şübhəllilər məhkəmə qərarı ilə həbs olunublar. Aparılan istintaq tədbirləri zamanı "Kalaşnikov" markalı avtomat, "Makarov" tapançası, silah-sursat və əldədüzəltmə partlayıcı qurğular aşkar edilərək, götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dekabrın 10-da FTX rəhbəri və Terrorla Mübarizə Komitəsinin sədri Aleksandr Bortnikov cari ildə xüsusi xidmət orqanları tərəfindən 10 cinayətkar dəstə liderinin tutulduğunu və Rusiyada bir dənə də olsun terror hücumuna icazə vermədiklərini bildirmişdi. Onun sözlərinə görö, ilin əvvəlindən Rusiyada 78 terror cəhdinin qarşısı alınıb, 83 qanunsuz silah emalatxanası ləğv edilib.

Camal