Ölkə 13:03 15.10.2013

Moskvanı qarışdıran azərbaycanlı kimdir? - FOTO

Rusiya polisi Moskvada Yeqor Şerbakovun qətlində azərbaycanlının əlinin olduğunu ehtimal edir.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, qətldə əli olduğu ehtimal edilən şəxs əslən Azərbaycandan olan, 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalovdur.

ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Moskva hökumətinin bu gün keçirilən iclasında DİN-in şəhər Baş İdarəsinin rəisi Anatoli Yakunin deyib: "Qtldə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirildi. O, Azərbaycan əsillidir".

Onun sözlərinə görə, Moskva polisi Azərbaycandakı həmkarları ilə əlaqə saxlayıb və məlum olub ki, şübhəli Azərbaycanda da ölüm üstündə axtarışdadır.

Yakubin, hazırda şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin görüldüyünü bildirib.

Xatırladaq Ki, Y .Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub.

Xatırladaq Ki, Y. Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub.

Qaynar.info