Dünya 17:58 23.04.2013

Moskvanın mərkəzində güclü partlayış

Moskvanın mərkəzində Yeni Arbatda baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb. 

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a hüquq mühafizə orqanlarından bildiriblər.

"Yeni Arbatda 7 nömrəli evin yaxınlığında partlayış olub", - mənbə deyib. İlkin məlumata görə, iki nəfər yaralanıb.

Hazırda hadisə yeri əhatəyə alınıb. Partlayış yerində polis əməkdaşları işləyirlər. Onlar hadisənin təfərrüatlarını müəyyənləşdirirlər.

"Məhz nəyin partladığı araşdırılır", - mənbə qeyd edib.

Lakin FHN-in Moskva üzrə Baş İdarəsi partlayışın baş verdiyini təsdiq etməyib.

Qaynar.info