Dünya 18:12 20.01.2018

MOSSAD 3 min nəfərə sui-qəsd həyata keçirib (İDDİA)

İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD indiyə qədər 3 min sui-qəsd həyata keçirib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya israilli yazar Ronin Berqmanın "Savaş kölgəsi, İsrail və MOSSAD-ın gizli qətliamları əməliyyatı” kitabında yer alıb.

"Söhbət 3 min nəfərdən gedir. Onların çoxu sistematik şəkildə öldürülüblər. Öldürülənlərin arasında yanlış yerdə, yanlış zamanda öldürülən insanlar da var” – deyə o bildirib.