İdman 12:37 25.09.2013

Mourinyo haqda maraqlı İDDİA


"Çelsi"nin baş məşqçisi Joze Mourinyo haqqında maraqlı bir iddia ortaya atılıb.


Qol.Az-ın məlumatına görə, "El Pais" yazarı Dieqo Torres qələmə aldığı "Məğlub olmağa hazır olun" kitabında portuqaliyalı mütəxəssisə də yer verib.

O, Mourinyonun "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Fergüssonun yerinə David Moyesin gətirilməsini gözyaşları ilə qarşıladığını yazıb. Bildirib ki, hazırda "Çelsi"nin baş məşqçisi olan Mourinyo həmin vaxt "MY"dan təklif gözləyib.

Moyesin uğur əldə etmədiyini bildirən Mourinyo baş verən hadisələrə əsəbləşib. Torres yazib ki, bunlar portuqaliyalı mütəxəssisə o qədər pis təsir edib ki, İspaniya kubokunda "Atletiko"ya bu səbəbdən məğlub olub.

Qaynar.info