İdman 18:51 07.08.2013

Mourinyo "Real"a qarşı

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo bu axşam sabiq klubu "Real"a qarşı ilk oyununa çıxacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Beynəlxalq Çempionlar kubokunun final qarşılaşmasında Madrid klubu ilə qarşılaşacaq "Çelsi"nin çalışdırıcısı oyundan əvvəl keçirilən mətbuat konfransında sakitliyi ilə diqqət çəkib.

 Belə ki, son açıqlamalarında Ronaldo və "Real" haqqında iddialı açıqlamalar verən portuqaliyalı mütəxəssis bu dəfə sadəcə oyun haqda fikirlərini bölüşüb: "Bu axşam xüsusi futbolçuları olan bir klubla qarşılaşacağıq. Mütləq qazanmalıyıq deyə bir fikrimiz yoxdur. Daha əvvəlki hazırlıq matçlarında etdiklərimizdən fərqli bir şey olmayacaq. Sadəcə, oyunumuzu daha da yaxşılaşdıracağıq".

Qaynar.info