İdman 11:20 01.05.2013

Mourinyodan "gedirəm" mesajı

"Hədəfimiz kuboku qazanmaq idi. Ancaq bunu bacara biməsək də, üç dəfə yarımfinalda oynamışıq. Bunun özü də çox əhəmiyyətlidir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Joze Mourinyo "Borussiya" ilə  Çempionlar Liqasının yarımfinalının cavab qarşılaşmasından (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Qürurdan bəhs etməyəcəm. Komandam tərifə layiq oynadı. Yaxşı şanslarımız oldu. Ancaq istifadə edə bilmədik" - deyə Mourinyo qeyd edib.

Portuqaliyalı mütəxəssis hakimlik barədə də danışıb: "Hovard Vebb yaxşı hakimdir. Oyunu da yaxşı idarə etdi. Ancaq Ronaldonun zərbəsindən sonra topun rəqib furbolçusu Hummelsin əlinə dəyəndə ona qırmızı vərəqə göstərməməsini başa düşmədim. Halbuki hakim epizodu görürdü. Yəqin onun finalda oynamasını istəyib".

Baş məşqçi "Real"da qalacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Bəlkə də qalmadım. Məni istəyən insanların yanında olacam".

Qaynar.info