İdman 12:37 21.11.2019

Mourinyonun fantastik maaaşı bəlli oldu

"Tottenhem"in baş məşqçisi təyin olunan Joze Mourinyo ildə 15 milyon funt-sterlinq (33 milyon AZN) maaş alacaq.

Qaynarinfo xəbər verir ki, bu qazancıyla portuqaliyalı mütəxəssis "Mançester Siti”dən ildə 20 milyon funt-sterlinq alan Pep Qvardioladan sonra İngiltərədə ən çox qazanan ikinci baş məşqçisi olacaq. 

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümə pis başlayan və baş məşqçi Maurisio Poçettino ilə yollarını ayıran "Tottenhem” ötən ilin dekabr ayında "Mançester Yunayted”dən ayrıldıqdan sonra məşqçilik etməyən Joze Mourinyo ilə 3,5 illik müqavilə imzalayıb.

Premyer Liqadakı son 5 oyunda qələbə qazana bilməyən "Tottenheym" 12 həftə ərzində 14 xalla 14-cü yerdə qərarlaşıb.

Alpər