Siyasət 16:32 14.02.2018

Bu şəxslərin Prezidentliyə namizədliyi təsdiqləndi - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

Qaynarinfo-nun məlumatına görə, MSK-nın katibi Arifə Muxtarova deyib ki, Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət edib. 

Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

İclasda daha sonra Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid OrucunTural Abbaslının namizədliklərinin irəli sürülməsi təsdiqlənib.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında ilk olaraq Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.