Xəbər lenti

MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb”
Ölkə 19:27 19.01.2020

MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb”

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb”.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->