Siyasət 14:38 18.10.2019

MSK üzvlüyünə yeni namizəd irəli sürüldü (FOTO)

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunun bağlı Milli Məclisə layihə daxil olub.

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur. 

Xatırladaq ki, R.Qasımov MSK Katibliyinin müdiridir.