Siyasət 12:35 15.04.2018

MSK yekun protokolu təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin ümumi yekunlarına dair protokol qəbul edib.

Qaynarino xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında protokol komissiya üzvləri tərəfindən imzalanıb. 

MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Yekun qərara əsasən İlham Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Zahid Oruc 3.12, Sərdar Cəlaloğlu 3.03, Qüdrət Həsənquliyev 3.02, Hafiz Hacıyev 1.52, Araz Əlizadə 1.38, Fərəc Quliyev 1.17, Razi Nurullayev isə 0.74 faiz toplayıb. Səsvermədə seçicilərin 74.30 faizi iştirak edib. 12.403 səs etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.