Xəbər lenti

Sənət 12:30 08.12.2017

Müasir Gürcüstan yazıçılarını tanıyaq (FOTOLAR)

Ədəbiyyat nə zaman inkişaf edir? O zaman ki, güclü tənqidçi və oxucu kütləsi olur. Yaxşı yazıçı olmaq üçün ilk növbədə yaxşı oxucu olmaq lazımdır.
 
Klassikləri və dünya ədəbiyatında olan "bestseller"i mütaliə edən oxucu müasir yazıçılarımızın əsərlərini bəyənmir.
 
Bu gündən Qaynarinfo sizə tanıdığınız yox, tanımadığınız müasir yazarlarla tanış edəcək. İlk olaraq Gürcüstanın müasir ədəbiyyatından olan yazıçılarla tanış olaq:

1. Quram Doçanaşvili


Quram Doçanaşvili müasir Gürcüstan nəsrinin ən işıqlı nümayəndələrindən hesab olunur. 1939-cu ildə Tiflisdə anadan olan yazıçı hekayə, povest, roman və esselərin müəllifidir. "Orada, dağın arxasında", "Sözsüz mahnı", "Yalnız bir nəfər", "Min bir narahatlıq", "Mən sizə üç dəfə verəcəyəm" və s. romanların müəllifidir. 

2. Aka Morçiladze


Aka Morçiladze Londonda yaşayan müasir gürcü ədəbiyyatının ən yaxşı yazarlarından hesab olunur. Çoxlu hekayə və romanın müəllifidir. Gürcüsatnın ədəbi mükafatı "Saba"nın laureatıdır. O həm də məşhur gürcü filmlərində rol alıb. Daha çox dedektiv janrında romanlar yazsa da, tarixi dedektiv janrlarını da qələm təcrübəsində istifadə edir. O həm də müasir dövrə aid romanların müəllifidir. 

3. Nino Xaratişvili 


Nino Xartaşvili Gürcüstandan olan məşhur alman yazarıdır. 1983-cü ildə Tiflisdə anadan olub. Rejissorluq təhsili alıb. Məşhur pyeslərin müəllifidir. O bir müsahibəsində deyir: "Mən Gürcüstana gəldiyim zaman özümü çox yuxarı mərtəbələrdə görürəm, Almaniyaya qayıdanda isə anlayıram ki, mən gürcüyəm".

4. Dato Turaşvili 


 
David (Dato) Turaşvili yazıçı-dramaturq və rejissordur. İlk kitabı 1991-ci ildə işıq üzü görüb. Bundan sonra onun 17 kitabı çap olunub. Onun "SSR-dən qaçış" (Cinslərin nəsli) əsəri Gürcüstanda "bestseller" olub. Roman Hollandiya, Türkiyə, Xorvatiya, İtaliya və Almaniyada da çap edilib. 

5. Anna Kordzaya-Samadaşvili


 
Anna Kordzaya-Samadaşvili Gürcüstanda bir çox kitab və publisistik əsərlərin müəllifi kimi tanınır. "Berikoba", "Şuşanikin uşaqları", "Qaraçıları kim öldürüb", "Oğruların hökmdarları" və s. adlı əsərlərin müəllifidir. Onun "Mən Marqariyam" hekayələr toplusu 2017-ci ildə Nyu-Yorkun ictimai kitabxanasında ən yaxşı qadın publisist yazıçıların əsərləri sırasına daxil edilib.
 
Lalə Niftaliyeva

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->