Dünya 20:40 02.07.2013

Mübarək: "Xalqı dinləyib getdim"

Sabiq Misir prezidenti Hüsnü Mübrək bildirib ki, vaxtında xalqın tələbini dinləyərək istefaya gedib.

ANN.Az-ın verdiyi xəbərə görə, o, bu addımı "vətəndaşların həyatını qorumaq üçün" atdığını bəyan edib. 

Mübarəkin bu açıqlaması ərəbdilli "Əl-Məsri əl-Yum" qəzetində nəşr olunub. 

Mübarək onu da bildirib ki, 25 yanvar 2011-ci inqilabında onun istefasını tələb edənlərin sayı hazırki prezident Muhamməd Mursinin hakimiyyətinə etiraz edənlərdən az idi.

Qaynar.info