İdman 13:22 29.05.2013

Mübariz Mənsimov qəzəblənib


"Ağ-yaşıllar”ın fəxri prezidenti futbolçulara təşəkkür edib.

"Böyük Final"da məğlub olan "Xəzər Lənkəran" futbolçularına ən böyük dəstək klubun fəxri prezidenti Mübariz Mənsimovdan gəlib. Korner.az saytının verdiyi xəbərə görə, prinsipial qarşılaşmada "Neftçi"yə penaltilərdə yenilən "ağ-yaşıllar"ın fəxri prezidenti Mübariz Mənsimov klubun paltardəyişmə otağına gələrək gözəl oyuna görə futbolçuları təbrik edib.

Bunun ardından Mübariz Mənsimov futbolçulara "Mən onlara göstərəcəm lotuluq necə olur?" deyib.

Xatırladaq ki, Azərbaycan kubokunu dünən "Neftçi” qazansa da, oyundan sonrakı qalmaqal, "Neftçi” rəsmilərinin "Xəzər Lənkəran” futbolçularını döyməsi hələ çox müzakirələrə səbəb olunacağı görünür.

Qaynar.info