İdman 15:21 24.01.2014

Mübariz Mənsimova "Beşiktaş”dan AĞIR ZƏRBƏ


“Xəzər Lənkəran"ın sahibi, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov "Beşiktaş" klubundakı üzvlüyü dondurulub.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna M.Mənsimovun “Beşiktaş”ın idarə heyətinin üzvü olduğu halda “Kasımpaşa” klubunun idarə heyətinə keçməsi və “qara-qartal”larla bağlı səsləndirdiyi bəzi mənfi fikirlər səbəb olub.

"Xəzər Lənkəran"ın sahibi ilə yanaşı,  İhsan Kalkavan, Turqay Ciner, Zafer Yıldırım üzvlüyü dondurulub.

Bununla bağlı qərarı "Beşiktaş" rəhbərliyinin dünən verdiyi bildirilib.

Qaynar.info