Ekonomiks 12:02 17.09.2013

Mübariz Mənsimovdan 50 milyonluq layihə

"Palmali" şirkətlər qrupu "Fiba Holding" şirkəti ilə birgə Türkiyənin İzmit vilayətində tərsanə alıb.

Trend-in məlumatına görə, tərsanənin alınması zamanı "Palmalı" və "Fiba Holding" arasında paylar "50:50" prinsipi üzrə bölünüb. 50 milyon avro müqabilində əldə olunan tərsanənin adı "Armada Tersanesi" olacaq.

Tərsanənin alınmasından sonra "Palmalı" şirkəti artıq orada ümumi dəyəri 50 milyon avro olan üç gəminin tikintisini sifariş edib. Yaxın aylarda tərsanənin ümumi dəyəri 500 milyon dollar olan gəmi tikintisi sifarişi alacağı gözlənilir.

Qaynar.info