Dünya 14:22 28.06.2013

Müdafiə naziri istefa verdi

Liviyanın müdafiə naziri Məhəmməd əl Barqati istefa verib. 

Qaynar.info-nun məlumatına görə, ölkənin baş naziri Əli Zeydan efir vasitəsilə müdafiə nazirinin istefa verdiyi açıqlayıb. 

İstefaya səbəb kimi isə Liviya ordusunda özbaşınalıqların hələ də qalması olub. 

Yeni nazirin kim olacağı ilə bağlı məlumat verilməyib. 

Qaynar.info