Ölkə 19:10 25.09.2018

Azərbaycanda iki nazirlik memorandum imzaladı

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandum imzalanıb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev imzalayıblar.