Müdafiə Nazirliyi:

Müdafiə Nazirliyi: "Ordumuz düşməni nişangah altında saxlayır"

Ordumuz bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyilndən bildirilib.

Nazirlikdən bildiriblər ki, təbliğat məqsədilə yayılan xəbərin heç bir əsası yoxdur: "Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır.Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq".

Qeyd edək ki, Erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində "Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR