Dünya 15:35 04.09.2013

Müdirlərini şantaj edən azərbaycanlı qadınlar saxlanıldı

Türkiyənin Bursa şəhərində intim görüntülərindən istifadə etməklə müdirini şantaj edən 41 yaşlı azərbaycanlı qadın iki qohumu ilə birlikdə saxlanılıb.

Oxu.Az Haberler.com-a istinadən xəbər verir ki, azərbaycanlı qadın çalışdığı toxuculuq sexinin müdiri ilə onun kabinetində cinsi əlaqəyə girib.

Bundan sonra qadının yaxın qohumları həmin şəxsi şantaj edərək əllərində görüntülər olduğunu və videonu onun ailəsinə göstərməmək şərti ilə müdirdən pul istəyiblər.

Bu, bir neçə dəfə təkrarlandıqdan sonra həmin şəxs polisə şikayət edib və şikayət əsasında hər üç qadın saxlanılıb.

Qaynar.info