Ölkə 16:11 13.03.2014

Müəllim şagirdi söydü, valideyni "duel"ə çağırdı - Nazirə xəbər var

Tanınmış jurnalist Zöhrab Əmirxanlı təhsil naziri Mikayıl Cabbarova facebook-da şok status ünvanlayıb. 

Qaynar.info həmin statusu təqdim edir: 

"Mikayıl Cabbarovun nəzərinə!

İndicə Kürdəmirdən zəng vurublar. Rayonun Çöhranlı kənd orta məktəbində psixoloq işləyən Əlizadə İsmayılov şagirdin var-yoxunu öz səviyyəsində "tərifləyib", ölənlərini qəbirdən çıxarıb. Uşağın atası vəziyyəti öyrənmək üçün məktəbə gələndə böyük psixoloq onu duelə çağırıb: "Çıxaq kənddən kənara, mən səni ayrı cür başa salaram".

Cənab Cabbarov! Sizə bir test ünvanlayıram. Şagirdin atası harda haqlı olacaq:

1) kənddən kənara duelə çıxanda;

2) müəllimin qulağını kəsib ağzına verəndə;

3) kəndin ortasında onu yortanda;

P.S. ... və o uşağa "tərbiyəsiz" damğası basıb məktəbdən uzaqlaşdırmaq nə qədər ağlabatandı?

P.S.S. cənab nazir, müəllimin "bəy tərifi" dediyi o uşaq 3-cü sinifdə oxuyur..."

Qaynar.info