Ölkə 17:26 17.02.2013

Müəllim


Seymur Baycan

Dəqiq deyə bilmərəm, ya dördüncü,ya da beşinci sinif ədəbiyyat dərsliyində belə bir hekayə vardı.Məzmunu təxminən yadımda qalıb. Co adlı çəkməçi, zənci bir uşaq hərsəhər məktəbin qarşısında dayanıb məktəbə gedən, tərtəmiz, ağ uşaqlarahəsədlə baxır. Co oxumaq istəyir, amma onun oxuması mümkünsüzdür.

Buhekayəni sinifdə oxuyanda, biz də öz növbəmizdə Coya həsəd aparırdıq.Çünki Co məktəbə getmirdi. Biz hər şey etməyə hazır idik, təki məktəbəgetməyək. Bax, beləcə sinifdə şit söhbətlər başladı. Yaşlı müəllim özxatirələrini danışdı. O, oxumaq üçün payız, yaz, qış fəslində hər gün 14km yol qət edərək məktəbə gedirmiş. Palçıq, soyuq, canavar qorxusu...Hər sinifdə cəmi bir kitab varmış. Hamı dərsini bir kitabdanhazırlayırmış.
Müəllimimiz müəllim çatışmazlığından dadanışdı. Bir müəllim bir neçə fənn tədris edirmiş. Təbii, onundanışdıqları bizi tərpətmədi. Əsrin əvvəllərinə qədər qəbilə halındayaşayan camaat üçün sovet hökuməti üç mərtəbəli, böyük, işıqlı məktəbtikmişdi. Daha 14 km yol qət etməyə ehtiyac yox idi. Mən evdən çıxandan10 dəqiqə sonra məktəbin giriş qapısından içəri girirdim. Kitabları isəbizə pulsuz verirdilər. Üstəlik, dərsdən sonra bizi yemləyir, sabahkıdərslərə hazırlaşmağımızla başqa bir müəllim məşğul olurdu. Sovethökuməti bizi qudurtmuşdu. Ona görə biz Conu heç vaxt başa düşəbilməzdik.

Elə şeylər var ki, onu ədəbiyyatdan,kinodan tam öyrənmək mümkün deyil. Gərək, həyat yaşayasan. Həyatın daən amansız tərəfi budur. Yaş üstünə yaş gəlməli, həyatı öz gözlərinləgörməli, ağrıları ürəyindən keçirməlisən. Hə, onda başa düşürsən ki,filan kitabda müəllif nə demək istəyirmiş, filan filmdə rejissor bizənəyi başa salmaq istəyirmiş.

Uzun illər müəllimişləmiş bir insanın müşahidəsini sizlərlə bölüşmək istəyirəm. Deyir -pis oxuyan şagirdlərimlə küçədə, yolda, hər hansı məclisdə qarşılaşandaonlardan daha çox diqqət və qayğı, hörmət görürəm. Çünki onlar həyatınsərt üzünü gördükcə başa düşürlər ki, vaxtında onlara necə böyükyaxşılıq etmək istəyirmişəm. Maraqlı müşahidədi.

İndiisə gəlin iki insanın söhbətini tirajlayaq. Biri yaşlı xanımdı. Deyir -uşaqlarımı baxçadan götürüb evə qayıdırdım. Küçədə müəllimimlərastlaşdım. Salamlaşdıq. Hal-əhval tutduq. Özüm də bilmədən uşaqlarıarxamda gizlətdim.

İkinci söhbəti kişi danışıb. Deyir - qonşumuz müəllim idi. O, həyətdə işləyəndə mən bu mənzərəyə baxa bilmirdim.

Əlbəttə,mən sovet dövrünü heç də ilahiləşdirmirəm. Bilmirəm, müəllimi bu qədərilahiləşdirmək düzdü, yoxsa səhv, amma məndən böyük olanlar yuxarıdayazılanların düz olduğunu təsdiq edə bilərlər. Hər halda hər məktəbdəüç-dörd müəllim vardı ki, onlara baxıb davranışlarından nəsə əxz etməkolardı.

Sovet dövründə müəllim heç də superyaşamırdı, amma sözün həqiqi mənasında müəllimin böyük hörməti vardı. Nəqədər uşaq vardı ataları, əmiləri, dayıları, xalaları müəllim idilər,amma həmin uşaqların çoxu üçün müəllim statusu, müəllim adı daha ciddiməna daşıyırdı, ata, əmi, dayı, xala söhbəti növbəti sırada dayanırdı.Çünki müəllim süpürgəpulu, pərdəpulu yığmırdı. Bəli, o dövrdə də müəllimadını doğrultmayan müəllimlər, həmçinin tərbiyəsiz şagirdlər vardı,əlbəttə, vardı, amma biz ümumi vəziyyətdən söhbət edirik.

Məktəbintərbiyə edə bilmədiyi adamı hər hansı dinin, hər hansı ideyanın, cəzamüəssisəsinin tərbiyə edəcəyi bir az çətin məsələdi. Eləcə də kimsə nəvaxtsa müəllimə qarşı nəsə kobudluq edibsə və indiyə qədər etdiyihərəkəti qəhrəmanlıq hadisəsi kimi nəql edirsə, deməli, həmin adamıntərbiyə problemi var. Adam heç düzəlməyib. Bəli, müəllimlə mübahisəetmək olar, hətta lazımdı, əsl müəllim mübahisəni şəxsi intriqayaçevirməz. Lakin müəllimə qarşı kobudluq etmək və bunu qəhrəmanlıq saymaqaxmaqlıqdı. Dünyanın ən böyük şəxsiyyətləri müəllim haqqında ənmöhtəşəm sözlər söyləyiblər. Sərkərdələr belə müəllim sözünü ucatutublar.

İndi isə sözü Çexova verək. Çexovdeyir: "Əgər nə vaxtsa mənim əlimə pul keçsə, müəllimlər üçün sanatoriyaaçacam. Müəllimlərin pis vəziyyətdə yaşaması məni çox narahat edir. Onagörə "mujik"lər müəllimlərlə kobud davranırlar. Bəziləri həttamüəllimləri döyür. Müəllimlərin pis vəziyyətdə yaşamalarını görüb,uşaqlarını məktəbə buraxmırlar. Çünki müəllimin kasıb geyindiyini,ac-yalavac yaşadığını görüb, məktəbə inanmırlar. Əgər bir xalq inkişafetmək istəyirsə, mütləq müəlliminə dəyər verməlidir. Hər şeyi məktəbdənvə müəllimdən başlamaq lazımdır. Müəllim yaxşı yaşamasa, "mujik"lərməktəbə, kitaba, müəllimə inanmayacaqlar".

Çexovunmüəllimlər üçün sanatoriya açmaq arzusu başadüşüləndir. O vaxtlarRusiyada müəllimlərin böyük əksəriyyəti Çexovun özü kimi vərəmxəstəliyindən əziyyət çəkirdi. Çexovun sözləri eynilə günümüzünAzərbaycanına da aiddir. Nə qədər ki, kitab yazan, kitabı təbliğ edənadamlar normal yaşamayacaqlar, digərləri də kitaba, təhsilə, mütaliəyəinanmayacaqlar. Təhsil, kitab insanlara rahatlıq, xoşbəxtlik bəxşetməlidir. Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığıgizli təbliğat öz "bəhrəsini" verib. İdmanın, mikrofonun, təlxəkliyintəbliği öz sözünü deyib. Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabdayox, mahnı oxumaqda, təlxəklik etməkdə, güləşməkdə görürlər. Ona görə dəövladlarının güləşçi, təlxək, müğənni olmasını arzulayırlar. Onlarıməktəbdən ayırıb idman zallarına göndərirlər. Çünki bir Avropaçempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. Onsuz dabizim camaat kitabla, dəftərlə, məktəblə o qədər də yaxın dost deyildi.Azərbaycan hakimiyyətinin illərlə kitaba qarşı apardığı mübarizə busahədə daha bərbad vəziyyət yaratdı. Kitab təbliğ olunmadı. Kitabsahibsiz qaldı. Yalnız beş-altı adam illərlə yazılar yazıb, həyəcantəbili çaldılar. Bu beş-altı adamın gücü çox azdır. Əllərində heç birresurs yoxdur. Üstəlik, hətta yaxınları belə onlara şübhəylə baxırlar.
Mövcudhakimiyyətin ən bağışlanmaz günahlarından biri də odur ki, müəllimləriöz oyunlarına iştirakçı etməklə onları gözdən saldılar. Müəllimi ölkəninsiyasi-iqtisadi uğurlarından danışmağa məcbur edib, sonra müəlliməuşaqlardan süpürgəpulu yığdırdılar. Şagirdlərdən pərdəpulu yığanmüəllimə hörmət etmək bir az çətin məsələdi. Valideynlə, şagirdləmüəllim arasında konflikt yaradıb, müəllimi hörmətdən saldılar. Müəllimihörmətdən salmaq isə millətin belini qırmaq deməkdi. Ümumiyyətlə, hərşey məktəbdən başlayır. Mən pedaqoq-filan deyiləm, oxuduqlarımaəsaslanıb bunları yazıram. Hətta Osmanlı sarayında belə sultanlar özövladlarına müəllimin necə böyük, müqəddəs varlıq olduğunu göstərməküçün müxtəlif vasitələrdən istifadə edirdilər. Onlar göstərirdilər ki,nə olsun külli-ixtiyar mənim əlimdədi, müəllim daha böyük şərəfəlayiqdi, yəni sultan övladı olmağını yadından çıxart.

Bumövzuda xeyli əhvalatlar var. Ağlı başında olan adamlar müəllimə, aliməböyük hörmət ediblər. Mövcud hakimiyyət isə öz seçki və digəroyunlarında müəllimi iştirakçı etməklə onu gözdən salıb. Doğrusu, çoxürəkağrıdan mənzərədi. Millətin önündə olmalı və bizim ibrət götürməliolduğumuz müəllimləri dilənçiliyə öyrətdilər. Seçki komissiyalarına cəlbedib müəllimləri saxtakarlığa məcbur etdilər. İnsan hörmətdən düşəndəonun sözünün kəsəri də azalır. Sözün kim tərəfindən söylənilməsi isə çoxböyük şərtdi. Milan Kunderanın təbirincə desək, Kantın dilindən"Sabahınız xeyir!"- sözü də fəlsəfi səslənirdi.

Təəssüflərolsun ki, müəllimlərin böyük çoxluğu ölkədə baş verənlərə müqavimətgöstərə bilmədilər. Müqavimət göstərənlərlə müqavimət göstərəbilməyənlərin də arasında əlavə bir konflikt yarandı. Beləcə, XəqaniHasın təbirincə desəm, bu hakimiyyət bizə bir azadlığı tanıyıb -bir-birimizi didmək azadlığını!

Beləcə,insanları bir-birilərinin qarşısında gözükölgəli etdilər. Adamlarbir-birilərinin gözünə dik baxa bilmirlər. Çünki hər biri bir başqasınınhalından xəbərdardı. Biri o birinin necə əzab çəkməsini duyur. İndieşidəndə ki, bir müəllim 8 Martda ona hədiyyə gətirmədiyinə görə şagirdisinifdən qovub, mən qəribə hisslər keçirirəm. Axı, mən həm də başqamənzərə görmüşəm. Görmüşəm ki, müəllim kitabdan savayı şagirddən hədiyyəgötürməyib və həmin kitabları da məktəbin kitabxanasına təhvil verirdi.İndi mən böyük bir sual qarşısında qalmışam, bu müəllimlərdən hansıdaha çox azərbaycanlı xarakterinə doğmadı. Aldığı hədiyyə kitablarıməktəb kitabxanasına hədiyyə edən, yoxsa hədiyyə gətirmədiyinə görəşagirdi sinifdən qovan?

kultura.az