Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10

Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10

Ağır və məsuliyyətli peşə olmağına baxmayaraq, bir çox ölkələrdə müəllimlərin maaşı az olur. Lakin bu, heç də bütün ölkələrdə belə deyil. Bir sıra dövlətlərdə müəllimlər adambaşına düşən ÜDM səviyyəsindən yuxarı əmək haqqı alırlar.

"Teaching Abroad” portalının mütəxəssisləri dünyanın 100 ölkəsində müəllimlərin əmək haqqının səviyyəsini təhlil ediblər, bundan sonra onlar bu maaşı dollara çeviriblər və alınan məbləği ölkədə adambaşına düşən ÜDM səviyyəsi ilə müqayisə ediblər.

Araşdırmaya daxil olan ölkələrdə müəllimlərin 93%-i adambaşına düşən ÜDM-dən aşağı əmək haqqı alır, bu isə o deməkdir ki, hətta müəllimlərin yüksək maaş aldığı dövlətlərdə belə onlar hələ də ölkə üzrə orta əməkhaqqından aşağı qazanırlar.

Qaynarinfo azedu.az-a istinadən müəllimlərin adambaşına düşən ÜDM-ə nisbətdə yüksək maaş aldığı 10 ölkəni təqdim edirik:

10. Finlandiya

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: -8%
Müəllimin orta maaşı: $42 607

9. Meksika

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: -8%
Müəllimin orta maaşı: $18 922

8. Yeni Zelandiya

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: -7%
Müəllimin orta maaşı: $37 586

7. CAR

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: -2%
Müəllimin orta maaşı: $13 618

6. Türkmənistan

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: +0%
Müəllimin orta maaşı: $19 572

5. Almaniya

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: +1%
Müəllimin orta maaşı: $53 373

4. İsveçrə

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: +7%
Müəllimin orta maaşı: $69 471

3. Mərakeş

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: +13%
Müəllimin orta maaşı: $10 092

2. Çin

Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: +44%
Müəllimin orta maaşı: $26 177

1. Kot-Divuar
Müəllimin maaşının adambaşına düşən ÜDM-ə nisbəti: +62%
Müəllimin orta maaşı: $6 723
XƏBƏRLƏR
BLOGLAR