Ölkə 10:43 09.07.2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə neçə nəfər qeydiyyatdan keçib?

İyulun 2-dən başlayan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb.

Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, rekord sayda - 50 min 697 nəfər müəllim olmaq olmaq istəyən şəxs miq.edu.az saytında qeydiyyatdan keçib.