Dünya 11:23 27.06.2013

Müğənni hakimiyyətə gətirilir (FOTO)

Opera ifaçısı Paata Burçuladzeyə prezident seçkilərində iştirak etmək təklif olunub

Gürcü opera ifaçısı Paata Burçuladze oktyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün təklif alıb. Anspress-in "Rustavi-2"yə istinadən verdiyi məlumata görə, Paata Burçuladzeyə bu təklifi ictimaiyyət nümayəndələri, bir çox siyasətçilər və qeyri-hökumət təşkilatları ediblər. 

"Bitərəf şəxs kimi mənə bu addımı atmağı təklif etdilər- burada əsas məsələ, bitərəf olmağımıdır. Açıq deyim ki, mən nə "hə", nə də "yox" deməkdən çəkinirəm. Hələlik qərar verməmişəm. Nədənsə məni həmişə siyasətə sürükləmək istəyirlər, amma hər zaman ondan uzaqdan qalmağa çalışıram",- deyə gürcü opera ifaçıcı bildirib. 

Qeyd edək ki, Paata Burçuladze 1955-ci ildə Tiflisdə dünyaya gəlib. 1977-ci ildə Tiflis konservatoriyasının vokal fakültəsini bitirib. "La Skala"da təcrübə keçib. O, Gürcüstanın Xalq artistidir.