Dünya 01:10 30.04.2013

Müharibələr tarixinin ən yaxşı 10 snayperi - SİYAHI

Qaynar.info müharibələr tarixində 10 ən yaxşı sərrast atıcını təqdim edir. 

1) Simo Hayha

"Ağ ölüm" ləqəbli fin snayperi rus-fin müharibəsi boyunca 705 nəfər (dəqiq sayın çox ola biləcəyi ehtimalı da var) rus əsgərini öldürüb. 100 gündən az bir vaxt ərzində bu qədər əsgəri öldürməsi rusların diqqətini cəlb edib. Əvvəlcə onun üstünə ruslar ən yaxşı snayperlərini, sonra bir snayper qrupu, bu da yetərli olmadığı üçün bir bölük əsgər göndərib. 

Ağappaq geyinən və nəfəsi qarda bilinməsin deyə ağzına qar salan bu ağıllı əsgər rusların qorxulu yuxusu olub. Son bombardman zamanı çənəsini mərmi qəlpəsi parçalasa da, Simo 3 aydan sonra xəstəxanada ayılıb. 

2) Karlos Norman Hatkok

93 nəfəri öldürməsi ilə yanaşı indiyə kimi filmlərdə gördüyümüz qarşıdakı snayperi durbinindən vurma ənənəsini yaradaraq məşhurlaşmış və bu atışı məşhurlaşdırmış əsgərdir. Ən önəmli uğuru 2 kilometrlik ərazini 3 gün ərzində sürünərək Vyetnam generalını öldürə bilməsidir. 

3) Adelbert F. Ualdron

Təsdiq olunmuş 109 hədəfi ilə ən çox əsgər öldürmüş amerikalı snayper olmaqla bərabər, hədəfi tapmaq məharəti də olduqca möhtəşəmdir. Xüsusilə hərəkətli hədəflərə atdığı dəqiq atışlar onu bir əfsanə səviyyəsinə qaldırıb. 

4) Frensis Peqahmaqabou

378 nəfəri öldürən kanadalı snayper həm də bir kamfulyaj və ləpirçi olub. Ağır atəş altında önəmli mesajları çatdırmaq, düşmən tərəfinə keçmək kimi yalnız dəlilərin edə biləcəyi hərəkətləri də uğurla yerinə yetirərək, müharibəni çoxlu medallarla bitirib. 

5) Lyudmila Pavliçenko

1941-ci ildə almanların SSRİ-ni işğal etdiyi vaxt könüllü olaraq orduya qatılan Lyudmila Odessa və Sevastopol cəbhələrində tam 309 alman öldürüb. Bunların da 37 nəfəri alman snayperləri olub. 2-ci Dünya Müharibəsində Sovet ordusunda döyüşən 2000 qadın snayperlər arasında ən yaxşısı hesab olunur. 

6) Vasili Zayçev

Stalinqrad qəhrəmanlarından olan Vasili Zayçev əslində Qızıl Orduda katib olub. Stalinqrad döyüşü başlayan vaxt könüllü olaraq orduya gedib. 242 təsdiqlənmiş hədəfi var. Öyrətdiyi snayperlərin ümumən öldürdüyü düşmənlərin sayı 3000-dən çoxdur. 

7) Rob Furlonq

Əl-Qaidəyə qarşı bir əməliyyatda 2430 metrdən ən uzaq vuruş ona aiddir. Bu sahədə rekorda imza atan Rob Furlonq bir neçə saniyə ərzində 3 dəfə atəş açıb. İlk atışda hədəfdən yayınsa da, ikincini kürəyindən, üçüncüsünü də sinəsindən vurub. 

8) Çarlz Çak Mauhinney

Bu şəxsin adında Vyetnamda 103 nəfər təsdiqlənmiş ölüm var. Dəniz piyadası olan Çak ən yaxşı dəniz piyadası snayperi olma adını da qoruyur. Axtarışı və dəqiqləşdirilməsi çətin olan hədəfləri də üzərinə gəldiyi zaman 13 ayda onun 300-dən çox vyetnamlı öldürdüyü ehtimal olunur. 

9) Serjant Qreys 

Təəssüf ki, bu snayperin fotosu tapılmayıb. ABŞ vətəndaş müharibəsi zamanı yanındakı adamların "sipər al" çağırışına "bu məsafədən fil belə vura bilməzlər" deyə cavab verən general Con Sedvik bu sözündən saniyələr sonra sol gözünün altından vurularaq ölüb. Məsafə isə o zamanlar üçün rekord 1000 yard (təxminən 1000 metr) olub. 

10) Tomas Plunkett

1809-cu ildə hələ əsgərlər 50 metrlik hədəfi vurmaq vurmaq üçün təlim gördükləri bir müharibədə 600 metr məsafədən fransız generalı vuran irlandiyalı Tomas Plunkett yoldaşlarına bunun bəxt olmadığını sübut etmək üçün generala köməyə gələn köməkçisini də vuraraq öldürüb. Tarixin ilk snayperi olan Plunkert təlim gördüyü hədəfdən 12 dəfə artıq məsafədən general vurub. 

Qaynar.info