Dünya 10:09 18.09.2018

Mun və Kim yenidən görüşdü

Şimali Koreya lideri Kim Çen In Pxençanda Cənubi Koreya lideri Mun Çey Inı qəbul edib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, iki lider və xanımları hava limanında qucaqlaşaraq görüşüblər. Səfərin müddəti 3 gün müəyyənləşdirilib. Munla Kim arasında azı 2 görüş keçiriləcək. Koreya yarımadasının nüvə silahından təmizlənməsi, ABŞ-Şimali Koreya münasibətləri əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, bu, tərəflərin 3-cü sammitidir. İlk dəfə aprel ayında tarixi görüş keçirilib. 

Gülşən